Kokosla şokoladlı peçenye-sendviç

Dadlı, ağızda əriyən peçenye.

İnqrediyentlər:

- 250 qr un

- 25 qr kakao

- 150 qr kərə yağı

- 100 qr şəkər kirşanı (pudra)

- 2 yumurta sarısı

- 1 ç.q. qabartma tozu

- 1 çimdik duz

İçlik:

- 200 ml süd

- 50 qr şəkər tozu

- 20 qr un

- 2 yumurta sarısı

- 30 qr kokos yonqarı

Qlazur:

- 60 qr şokolad

- 30 qr kərə yağı

- 20 qr kokos yonqarı (peçenyelərin üzərinə səpmək üçün)

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər kirşanı ilə çalınır, yumurta sarısı, duz əlavə olunur, yaxşı  çalınır. Açıq rəngdə həmcins kütlə alınmalıdır.

2. Un, qabartma tozu və kakao birlikdə ələnir və yağlı-şəkərli kütləyə əlavə olunur, yaxşı qarışdırılır, xəmir yoğrulur.  

3. Xəmiri plyonkaya bükün və soyuducuda 30 dəqiqə ərzində saxlayın.

4. Xəmiri 2-3 hissəyə bölün və 5 mm qalınlıqda yayın.

5. Xəmirdən diametri təxminən 5-6 sm olan dairələr kəsin.

6. Tavaya perqament kağızı sərin, peçenyeləri düzün və qabaqcadan 180 C qədər qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişirin.

7. Hazır peçenyeni tam soyudun.

8. Krem hazırlayırıq. Divarları qalın olan qazanda yumurta sarısını şəkər tozu ilə çalın, un, kokos yonqarı, südün 1/4 hissəsini əlavə edin, yaxşı qarışdırın. Sonra südün qalan hissəsini əlavə edin, qarışdırın, odun üzərinə qoyun.

9. Kremi vam odda, qarışdıra-qarışdıra qatılaşana qədər bişirin və tam soyudun.   

10. Peçenyenin üzərinə 1 çay qaşığı krem qoyun, üzərinə digər peçenyeni qoyun, bir qədər sıxın.

11. Qlazur hazırlayırıq. Şokoladı su hamamında əridin, kərə yağı əlavə edin, yaxşı qarışdırın.

12. Hər peçenyenin üzərinə şokolad çəkin, kokos yonqarı səpin.  

13. Hazır peçenyeni otaq temperaturunda 3-4 saat ərzində saxlayın və sonra masaya verin.

Nuş olsun!

Evdarliq.Az



 

 

.