KİŞİ İDEALI salatı

Sadə və çox dadlı salat. Həm bayram günlərində, həm də adi günlərdə masanı bəzəyəcək.

İndrediyentlər:

- 200 qr bişmiş mal əti

- 100 qr baş soğan

- 100 qr pendir

- 4 bişmiş yumurta

- 4 x.q. alma sirkəsi

- mayonez, duz. istiot

Hazırlanması:

1. Soğanı təmizləyin, nazik uzun-uzun doğrayın, üzərinə sirkə və 2 xörək qaşığı su tökün, 30 dəqiqə ərzində saxlayın.

2. Əti mümkün qədər nazik didin.  

3. Yumurtanı və pendiri sürtgəcin kiçik gözündən keçirin.

4. Böyük boşqaba soğan qoyulur (susuz), üzərinə mayonez çəkilir.

5. Sonra üzərinə ət qoyulur, duz, istiot, mayonez çəkilir.

6. Üzərinə yumurta qoyulur, duz və mayonez çəkilir.

7. Ən soncu lay pendirdir. Salatın üzərinə və böyür tərəflərinə səpilir.

8. Masaya verdikdən əvvəl salatı 3-4 saat soyuducuda saxlayın.  

Nuş olsun!

Evdarliq.Az



 

 

.