Çox dadlı və doyumlu salatdır.
Lazım olan məhsullar:
- 200 qr toyuq döşü
- 5 xörək qaşığı aş düyüsü
- 200 qr duzlu göbələk
- 100 qr holland pendiri
- 2 dənə yumurta
- 100 qr qara qavalı
- mayonez, duz, istiot
Hazırlanması:
1. Toyuğu və düyünü hazır olana qədər bişirin.
2. Qara qavalını yaxşı yuyun, üzərinə qaynar su tökün, 5 dəqiqə saxlayın, sonra suyu süzün.
3. İnqrediyentlərı xırda doğrayın, pendiri və yumurtanı sürtgəcdən keçirin.
4. Salatı lay-lay yığın: düyü-toyuq-göbələk-yumurta-pendir. Sonuncu lay pendir olmalıdır. Hər laya az miqdarda mayonez çəkin.
Nuş olsun!
Evdarliq.Az