Qış salatı. Dadlı və doyumlu!

Çox asan hazırlanır və çox dadlıdır.

Lazım olan məhsullar:

- Duzlu xiyar - 3 dənə

- Yumurta - 3 ədəd

- Soğan - 1 baş (orta)

- Kartof - 5 dənə (orta ölçüdə)

- Kök - 1 dənə

- Holland pendiri - 100 qr

- Mayonez - 150 qr

- Toyuğun döşü - 1 ədəd (orta ölçüdə)

Hazırlanması:

1. Kök sürtgəcin iri gözündən keçirilir, bitki yağında qızardılır (qızardıqdan sonra yağı süzün).

2. Soğan doğranılır və qızardılır, artıq yağı süzülür.

3. Kartof bişirilir, soyudulur,  kiçik kublar şəklində doğranılır.

4. Xiyar kiçik kublar şəklində doğranılır, toyuq əti bişirilir, soyudulur, didilir.

5. Yumurta bişirilir, soyudulur, sürtgəcdən keçirilir.

6. Bütün inqrediyentlər qarışdırılır, zövqə görə duz, istiot, mayonez  əlavə olunur.

7. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpilir.

Nuş olsun!

Evdarliq.Az




Kesar əməliyyatı yoxsa təbii doğuş?