Kələmi sevmədiyinizi düşünürsünüzsə, bu salat fikrinizi dəyişdirəcək.
Tərkibindəkilər:
- 1 dəstə kələm
- 1 yaşıl bibər
- 3 naringi və ya 1 portağal (soyulmuş və dilimlərə kəsilmiş)
- 115 q keçi pendiri
- 4 yemək qaşığı (60ml) portağal şirəsi
- 2 yemək qaşığı zeytun yağı
- 1 diş sarımsaq
- 1 çay qaşığı şəkər
- 1 yemək qaşığı xama
- duz/qara istiot
Hazırlanması:
1. 1 dəstə kələm yarpaqlarını incə-incə doğrayın.
2. Sousu hazırlamaq üçün portağal şirəsi, zeytun yağı, sarımsaq, şəkər, duz və istiotu kiçik bir qabdaa birləşdirin. Hamısı birləşənə qədər qarışdırın, sonra xama əlavə edib yenidən qarışdırın.
3. 1-2 dəq sonra kələmi sousa qarışdırın, daha sonra bibər dilimlərini və naringini əlavə edin.
4. Ən sonda isə keçi pendirini çəngəl ilə parçalara ayırın və salata əlavə edin.
Nuş olsun!
Evdarliq.Az