Göbələk salatı PANDORA

Göbələk sevənlər üçün dadlı və tez hazırlanan salat.  Evdar.az  tez başa gələn və ləzzətli “Pandora” salatının reseptini təqdim edir.

Tərkibi:

- 500 qr şampinyon göbələyi

- 150 qr bərk pendir

- 1 banka konservləşdirilmiş qarğıdalı

- 1 ədəd soğan

- bitki yağı

- duz, istiot

- mayonez

Hazırlanma qaydası:

1. İlk öncə göbələkləri yuyub, kağız dəsmalla yaxşıca qurulayıb xırda orta böyüklükdə doğrayın. Xırda doğranmış soğanı tavada bitki yağında qovurun. Qızılırəng olanadək qovrulan soğana xırda doğranmış göbələkləri, duz və istiot da əlavə edib 5-10 dəqiqə bişirib ocaqdan götürün.

2. Qovrulmuş göbələkləri başqa bir qaba tökün və rəndələnmiş pendir əlavə edib qarışdırın. Pendiri göbələklərə isti halda əlavə edin ki, pendir ərisin.

3. Pendirli göbələk qarışığına konservləşdirilmiş qarğıdalı dənələri və mayonez töküb qarışdırın. Salat hazırdır.

4. Bir az kənarda və ya 15 dəqiqə soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.