Məhsullar:
- 250 qr bişmiş çuğundur
- 200 qr qızardılmış toyuq əti
- 70 qr bərk pendir (holland pendiri)
- 100 qr kök
- 100 qr qara gavalı
- 100 qr qoz
- 2 yumurta ağı
- mayonez.
Hazırlanması:
- Çuğunduru 2 yerə bölün, ayrı-ayrı sürtgəcdən keçirin.
- Toyuğu, qara gavalını və qozu xırda doğrayın.
- Kök və yumurtanın ağlarını sürtgəcdən keçirin.
- Salatı lay-lay yığın: çuğundur, toyuq, qoz, kök, pendir, qara gavalı, yenə çuğundur, yumurta ağı. Hər laya mayonez çəkin.
- Salatı bir neçə saat soyuducuda saxlayın və sonra masaya verin.
Nuş olsun!
Evdarliq.az