Yeni il 2019-cu il Çin təqviminə görə Donuz ili sayılır.
Məhsullar:
- 2 kartof
- 2 yumurta
- yarım baş soğan
- 100 qr konservləşdirilmiş qarğıdalı
- 2 duzlu xiyar
- 150 qr bişmiş ət və ya toyuq
- 50 qr pendir
- duz, istiot, mayonez.
Hazırlanması:
- Yumurta və kartofu bişirin, soyudun.
- Soğanı xırda-xırda doğrayın, üzərinə qaynar su tökün, suyu süzün.
- Yumurta ağlarını kənara qoyun, qalan inqrediyentləri kiçik kublar şəklində (qarğıdalı dənəsi boyda) doğrayın, qarışdırın, mayonez, duz və istiot əlavə edin, yenə qarışdırın.
- Boşqaba salatlar üçün halqa qoyun, içinə salat boşaldın, üzərinə sürtçəcdən keçirilmiş yumurta ağlarını səpin.
- Salatın üzərini bəzəmək üçün kolbasa və zeytundan istifadə edin.
Nuş olsun!
Evdarliq.az