Məhsul:
- 300 qr toyuq filesi
- 5 yumurta
- 150 qr qara gavalı (çəyirdəksiz)
- 100 qr qoz
- 100 qr holland pendiri
- mayonez, duz
Hazırlanması:
- File bişirin, soyudun, xırda-xırda doğrayın.
- Qara gavalını və qozu xırda doğrayın.
- Yumurtanı bişirin, ağları sarılardan ayırın, ayrı-ayrı sürtgəcdən keçirin.
- Pendiri sürtgəcdən keçirin.
- Düz boşqaba file qoyun, duz vurun, bir az mayonez çəkin.
- Filenin üzərinə yumurta sarıları qoyun, mayonez çəkin.
- Sarıların üzərinə qara gavalı qoyun, bir az mayonez çəkin.
- Qara gavalının üzərinə pendir qoyun, mayonez çəkin, sonra qoz qoyun, mayonez çəkin.
- Qozun üzərinə yumurta ağları qoyun, salatı nazik doğranmış köklə bəzəyin.
Nuş olsun!
Evdarliq.az