Qatıqlı pərpətöyün salatı

Məhsullar:

- 1 böyük dəstə təzə pərpətöyün

- 2 fincan süzmə qatıq

- 2 diş əzilmiş sarımsaq (miqdarı zövqə görə müəyyənləşdirilir)

- Quru nanə (zövqə görə)

- Duz, qırmızı bibər (zövqə görə)

- Zeytun yağı.

Hazırlanması:

1. Pərpətöyün təmizlənir, yarpaqları ilə birlikdə iri-iri doğranır, axar su altında təmiz yuyulur, suyu süzülərək qurudulur.

2. Süzmə qatıqla əzilmiş sarımsaq bir qabda qarışdırılır, pərpətöyün əlavə olunaraq qarışdırılır. Tam qarışandan sonra zövqə görə duz və nanə əlavə edilir.

3. Hazır salat dayaz boşqaba çəkilir, üzərinə bir qədər zeytun yağı gəzdirilir, qırmızı istiot səpilərək süfrəyə verilir.

Nuş olsun!

Evdarliq.az


.