Toyuq filesi və yaşıl noxudla SADƏ SALAT

Məhsullar:

- 300  qr toyuq filesi

- 200 qr konservləşdirilmiş yaşıl noxud

- 1 təzə xiyar

- 2 duzlu xiyar

- 2 yumurta

- 1 dəstə yaşıl soğan

- duz, istiot, mayonez

Hazırlanması:

1. Toyuq sinəsi və yumurta bişrilir.

2. Bütün məhsullar kiçik kub şəklində, soğan çox xırda doğranılır.

3. Məhsulları qarışdırın, duz, istiot, mayonez əlavə edin, yenə qarışdırın.

Nuş olsun!

Evdarliq.az



 

 

.