Yeni il üçün SARI İT salatı

Məhsullar

- 1 toyuq filesi

- 1 bişmiş kök

- 3 bişmiş yumurta

- 3-4 duzlu xiyar

- 1 baş soğan

- 2 bişmiş kartof

- bir az bişmiş düyü, 4-5 zeytun (salatı bəzəmək üçün)

Hazırlanması:

1. Toyuq filesini bişirin, didin.

2. Kartof, kök, xiyar və yumurtanı sürtgəcdən keçirin.

3. Soğanı xırda doğrayın, üzərinə əvvəl qaynar, sonra soyuq su tökün, suyu süzün.

4. Salatı lay- lay yığın: kartof, soğan, toyuq, xiyar, yumurta. Hər laya duz, istiot, mayonez vurun.  

5. Salatı şəkildə göstərildiyi kimi bəzəyin.

Nuş olsun!

Evdarliq.az


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Son şərhlər  

#1 A....W....A 2018-02-26 22:31
salam,men Bu salati cox beyendim bes it ilinden ferqli il olsa nece meselen,XORUZ
Cavab yaz

Yeməkdən dərhal sonra ÇAY içənlər mütləq baxsın! - VİDEO