Tərkib:
- 1 banka balıq konservi yağda (tunes, sardina və s.)
- 2 kartof
- 3 yumurta
- 1 baş soğan
- duz, istiot, mayonez
Hazırlanması:
1. Soğanı xırda doğrayın, üzərinə qaynar su tökün, 10 dəqiqə saxlayın, suyu süzün, soyuq suyun altında yuyun, suyu yaxşı süzün.
2. Kartofu və yumurtanı bişirin, sürtgəcdən keçirin.
3. Salatı lay-lay yığın: balığı çəngəllə əzin, üzərinə kartof, sonra soğan, sonra yumurtanı qoyun. Laylar arasında duz, istiot səpin, mayonez çəkin. Salatın üzərinə də mayonez çəkin, salatı zövqünüzə görə bəzəyin.
Nuş olsun!
Evdarliq.az