Narla RİÇARD salatı

Tərkib:

- 200 qr mal əti

- 150 qr konservləşdirilmiş qarğıdalı

- 50-70 qr qoz

- 3 yumurta

- 2 kartof

- 1 nar

- 1 kök

- mayonez, duz, istiot

Hazırlanması:

1. Kök, kartof, yumurta və əti bişirin.

2. Salatı lay-lay yığın:

- sürtgəcdən keçirilmiş kök

- xırda doğranmış qoz

- qarğıdalı (üzərinə səpmək üçün bir az saxlayın )

- sürtgəcdən keçirilmiş yumurta

- xırda doğranmış ət

- sürtgəcədn keçirilmiş kartof

3. Laylar arasında mayonez çəkin, duz, istiot vurun.

4. Salatın üzərinə mayonez çəkin, nar dənələri, qarğıdalı və doğranmış göy soğanı səpin.

Nuş olsun!

Evdarliq.az

 



 

 

.