Sadə məhsullardan DADLI SALAT

İnqrediyentlər:

- 2 kartof

- 1 kök

- 1 çuğundur

- 3 yumurta

- 1 baş soğan

- 5-6 duzlu xiyar

- duz, istiot, mayonez

Hazırlanması:

1. Kartof, yumurta, kök və çuğunduru bişirin, sürtgəcdən keçirin.

2. Soğanı xırda doğrayın, üzərinə qaynar su tökün, 10 dəqiqə saxlayın, soyuq su ilə yuyun.

3. Xiyarı sürtgəcdən keçirin.  

4. Salatı lay-lay yığın: kartof - kök - soğan - xiyar - yumurta - çuğundur.  Hər laya duz, istiot vurun, bir az mayonez çəkin.

Nuş olsun!

Evdarliq.az



 

 

.