Ət və lobya ilə DADLI SALAT

Tərkib:

- 200 qr bişmiş ət

- 1 banka konservləşdirilmiş ağ lobya

- 2 yumurta

- 1 kiçik baş soğan

- mayonez, duz, istiot

Hazırlanması:

1. Əti kiçik tikələrə doğrayın.

2. Soğanı xırda-xırda doğrayın, üzərinə duz tökün, bir qədər saxlayın, salata əlavə edəndən əvvəl sıxın.

3. Yumurtanı kub şəklində doğrayın.

4. Lobyanın suyunu süzün.

5. Bütün inqrediyentləri qarışdırın, mayonez, zövqə görə duz, istiot əlavə edin, yaxşı qarışdırın. Masaya verəndə üzərinə göyərti səpmək olar.

Nuş olsun!

Evdarliq.az



 

 

.