Sadə TOYUQ SALATI

Tərkib:

- 1 toyuq sinəsi

- 2 duzlu xiyar

- 2 kartof

- 2 yumurta

- 100 qr holland pendiri

- mayonez, duz, istiot

Hazırlanması:

1. Toyuq, yumurta, kartof bişirilir, soyudulur.

2. Toyuğu boşqaba didin, üzərinə mayonez çəkin.

3. Üzərinə kartofu sürtgəcdən keçirin, duz, istiot səpin, mayonez çəkin.

4. Duzlu xiyarı çox xırda doğrayın, kartofun üzərinə qoyun, mayonez çəkin.

5. Üzərinə yumurtanı sürtgəcdən keçirin, duz, istiot səpin, mayonez çəkin.

6. Üzərinə holland pendiri sürtgəcdən keçirin, mayonez çəkin.

Nuş olsun!

Evdarliq.az