Tərkib:
- 300 qr toyuq filesi
- 200 qr pendir
- 3 yumurta
- 2 ədəd kartof
- 1 kiçik baş soğan
- mayonez
Hazırlanması:
1. Toyuğu bişirin, didin.
2. Yumurtanın ağını, kartofu və pendiri ayrı-ayrı sürtgəcdən keçirin, yumurtanın sarısını ovun.
3. Soğanı nazik-nazik doğrayın, üzərinə 1 x.q. alma sirkəsi əlavə olunmuş su tökün, 20-30 dəqiaə saxlayın, sonra sıxın.
4. Salatı lay-lay yığın: toyuq, soğan, kartof, yumurtanın sarısı, pendir, yumurtanın ağı. Layların arasına mayonez çəkin.
5. Masaya verdikdən əvvəl salatı 5-6 saat soyuducuda saxlayın.
Nuş olsun!
Evdarliq.Az