İnqrediyentlər:
- 300 qr toyuq filesi
- 150 qr qara qavalı (çəyirdəksiz)
- 100 qr qoz
- mayonez
Hazırlanması:
1. Toyuq filesini bişirin, soyudun, kiçik tikələrə doğrayın.
2. Qara qavalını uzun-uzun doğrayın.
3. Qozu xırda doğrayın.
4. İnqrediyentləri qarışdırın, mayonez əlavə edin, yenə qarışdırın.
Nuş olsun!
Evdarliq.Az