Tərkib:
- 2 orta ölçüdə çuğundur
- 1 ədəd toyuq filesi
- 8 ədəd qara qavalı qurusu (iri)
- 10 qoz ləpəsi
- mayonez, duz, istiot
Hazırlanması
1. Çuğundur bişirilir, soyudulur, sürtgəcin iri gözündən keçirilir.
2. Toyuq filesi bişirilir, soyudulur, didilir.
3. Qara qavalı yaxşı yuyulur, isti suda bir qədər saxlanılır, uzun-uzun doğranılır.
4. Qoz xırda-xırda doğranılır.
5. Bütün inqrediyentləri qarışdırın, mayonez, duz, istiot vurun, yenə qarışdırın.
Nuş olsun!
Evdarliq.Az