Sizə çox dadlı, faydalı, azkalorili pəhriz salatının reseptini təqdim edirik.
Bu salatı istənilən arıqlamaq üçün olan pəhrizlərə daxil etmək olar - salat azkalorilidir və eyni zamanda çox doyumludur.
Tərkib:
- 1 banka konservləşdirilmiş tuna balığı
- 1 təzə xiyar
- 12-15 ədədə çerri pomidorları
- göyərti (zövqə görə)
- 2 x.q. limon şirəsi
Hazırlanması:
1. Balığı çəngəllə əzin.
2. Pomidorları 2 hissəyə bölün.
3. Xiyarı tikələrə doğrayın.
4. Göyərtiləri doğrayın.
5. İnqrediyentləri qarışdırın, limon şirəsini əlavə edin.
Nuş olsun!
Evdarlıq.Az