Dadlı badımcan salatı

Tərkib:

- 2 ədəd badımcan

- 4 ədəd pomidor

- 1 baş qırmızı soğan

- 2 diş sarımsaq

- reyhan, keşniş (digər xoşladığınız göyərtiləri istifadə edə bilərsiniz)

- duz, istiot

Hazırlanması:

1. Badımcanları dairələr şəklində doğrayın, bitki yağında qızardın və soyudun.

2. Soğanı nazik halqalar şəklində doğrayın, üzərinə 3 x.q. üzüm sirkəsi və 3 x.q. su tökün və 30 dəqiqə saxlayın.

3. Pomidorları dilimlər şəklində doğrayın.

4. Badımcanı, pomidorları, soğanı (marinaddan çıxardın) qarışdırın.

5. Sarımsağı sarımsağəzənlə əzin, göyərtiləri xırda doğrayın, salata əlavə edin, duz, istiot vurun, qarışdırın.

Nuş olsun!

Evdarliq.Az