Salatlar

Toyuq və qara qavalı ilə çox dadlı salat

Çox sadə və dadlı salatdır.

İnqrediyentlər:

- 300 qr toyuğun döş əti

- 100 qr qara qavalı (çəyirdəksiz)

- 100 qr pendir (holland və s.)

- 100 qr qoz

- mayonez

Hazırlanması:

1. Toyuq ətini bişirilir və xırda kublar şəklində doğranılır.

2. Qara qavalı yuyulur və isti suda yumşalana qədər isladılır.

3. Pendir sürtgəcdən keçirilir.

4. Qoz xırda doğranılır.

5. Buluda toyuq ətini qoyun, üzərinə mayonez çəkin.

6. Üzərinə qara qavalı qoyun, mayonez çəkin.

7. Qoz səpin, mayonez çəkin.

8. Üzərinə pendir səpin. Salatı zövqünüzə görə bəzəyə bilərsiniz.

9. Masaya verdikdən əvvəl salatı 3-4 saat soyuducuda saxlayın.

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика