Qışa tədarük

Duzlu kələmin bilmədikləriniz faydaları

Duzlu kələm soyuq fəsillərdə bizi bir çox vitamin və minerallarla təmin edə bilər.

Duzlu kələmin tərkibində çoxlu miqdarda C vitamini var. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, infeksiyalara olan davamlılığını artırır.

Həmçinin duzlu kələmin tərkibində B6 vitamini var. Bu vitamin zülalın daha yaxşı mənimsəniləməsinə kömə edir ki, duzlu kələmi ət xörəkləri ilə birlikdə yemək çox yaxşıdır.

Duzlu kələm kalium, dəmir, maqnezium, sink kimi minerallarla zəngindir.

Duzlu kələmin tərkibində olan liflər həzm proseslərini və bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqları təmizləyir. Duzlu kələm təbii prebiotikdir. Prebiotiklər bağırsaqlarda xeyirli mikroorqanizmlərin çoxalmasını təmin edir. Bu isə disbakteriozun müalicəsində kömək edir. Qıcqırtma prosesi nəticəsində çoxlu miqdarda südturşulu bakteriyalar əmələ gəlir. Məhz bu bakteriyalar bağırsaqların xeyirli mikroflorasını təşkil edir.

Duzlu kələm bir çox mədə-bağırsaq sistemi xəstəliklərinin profilaktikasıdır. Belə hesab olunur ki, duzlu kələm hətta bağırsaq xərçənginin qarşısını alır. Lakin mədə və 12 barmaq bağırsağı xorası, kəskin qastrit, mədəaltı vəzi, böyrək xəstəlikləri, hipertoniya zamanı duzlu kələmi yemək olmaz.

Duzlu kələm arıqlamağa da kömək edir. Bunun səbəbi duzlu kələmin insanda tez bir zamanda toxluq hissi yaratmaqdır. Həmçinin duzlu kələmin tərkibində olan maddələr piylərin orqanizmdə daha tez parçalanmasını təmin edir.

Xalq təbabətində duzlu kələm və onun şirəsi müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Belə ki, duzlu kələmin suyu keçmişdə qurdqovucu, immuniteti möhkəmləndirən, iltihabəleyhinə vasitə kimi istifadə olunurdu. Duzlu kələm və onun suyu xalq təbabətində kişilərdə potensiyanı artıran vasitə kimi tanınır.

Duzlu kələm qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır.

Həkimlər həftədə 2-3 dəfə duzlu kələmdən hazırlanan salatları yeməyi tövsiyə edir. Belə salatlara göy-göyərti, istənilən tərəvəzlər və zeytun yağı əlavə olunur.

Duzlu kələm dedikdə biz ölkəmizdə "molokan kələmi" kimi tanınan kələmi nəzərdə tuturuq.

Evdarliq.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Dadlı kotletlərin hazırlanma qaydaları

Dadlı kotletlərin hazırlanma qaydaları

Ərzaqlar Hits:36860

Dadlı və ləzzətli kotletləri hazırlamaq üçün...

Trüfel peçenyesi

Trüfel peçenyesi

Şirniyyat Hits:4222

Çox dadlı və qeyri-adi peçenyedir.

Ən yaxşı qış maskaları. 3 RESEPT

Ən yaxşı qış maskaları. 3…

Kosmetologiya Hits:5723

Soyuq fəsillərdə dəriyə xüsusi qulluq lazımdır.

Üzdəki tükləri tökən MASKA

Üzdəki tükləri tökən MASKA

Kosmetologiya Hits:5914

Bir çox qadınlar üzlərindəki tüklərə görə...

Ev şəraitində MARMELADın hazırlanması. Dadlı və faydalı!

Ev şəraitində MARMELADın hazırlanması. Dadlı…

Desertlər Hits:19782

Marmelad faydalı şirniyyat sayılır. Marmeladı (təbii...

Çaydanı ərpdən təmizləyirik. 4 EFFEKTLİ ÜSUL

Çaydanı ərpdən təmizləyirik. 4 EFFEKTLİ…

Faydalı məsləhətlər Hits:46690

Çaydanlarda tez-tez ərp yığılır. Dükanlarda ərpi...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:158

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:372

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:286

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:5421

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:3435

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Asan hazırlanan çiyələkli tart – RESEPT

Asan hazırlanan çiyələkli tart –…

Şirniyyat Hits:789

Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da...

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:1749

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:766

Məhsullar: - 2 badımcan

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az