Qışa tədarük

Heyva cemi

Cem çox dadlı alınır. Piroqlar, bulkalar, buterbrodlar üçün istifadə oluna bilər.  

Lazım olan məhsullar:

- Heyva - 2 kq

- Şəkər tozu - 1 kq

- Su - 1l

- Limon şirəsi  

Hazırlanması:

1. Heyvanı yaxşı yuyun, qabığını soyun, 4 yerə bölün və içini təmizləyin.

2. Meyvələrin rəngi tündləşməsin deyə hər heyvənı təmizlədikdən sonra limon şirəsi əlavə olunmuş suya qoyun (2 l su üçün 2 çay qaşığı limon şirəsi götürülür).      

3. Şəkər tozundan və sudan sirop hazırlayın. Bunun üçün şəkər tozunu suya tökün və vam odda şəkər tam əriyənə qədər bişirin (təxminən 20-25 dəqiqə ərzində).

4. Heyvanı sudan çıxardın, sürtgəcin iri gözündən keçirin və ya xırda tikələrə doğrayın.

5. Heyvanı siropa qoyun və vam odda sirop qatılaşana və jeleyə bənzəyənə qədər bişirin (təxminən 40-60 dəqiqə).  

6. Sonra cemə 1 çay qaşığı limon şirəsi əlavə edin, 2-3 dəqiqə bişirin və oddan götürün.

7. Cemi isti halda sterilizasiya olunmuş 1/2 l-lik bankalara qoyun, dəmir qapaqlarla bağlayın.

8. Bankaları qapağı üstə çevirin, isti bükün və soyana qədər saxlayın.   

Nuş olsun!  

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика