Qışa tədarük

Moruq mürəbbəsinin bişirilmədən hazırlanması

Moruq çox faydalı giləmeyvədir. Moruq əsl təbii dərmandır.

 

Giləmeyvənin bütün faydalı xüsusiyyətlərini uzun müddət ərzində saxlamaq üçün aşağıdakı moruq mürəbbəsi reseptindən istifadə edin.

Lazım olan məhsullar:

- moruq - 1 kq

- şəkər tozu - 2 kq (2 kq moruq üçün 4 kq, 3 kq moruq üçün - 6 şəkər şəkər tozu və s. götürülür).

Hazırlanması:

1. Mürəbbə üçün yalnız dəymiş zədələnməmiş giləmeyvələr istifadə olunur.

2. Moruğu diqqətlə təmizləyin, süzgəcə yığıb soyuq axar suyun altında yaxşı yuyun və süzgəcdə saxlayın ki, artıq su axsın.

3. Daha sonra moruğu dərin minalanmış ləyənə tökün və taxta həvənglə yaxşı-yaxşı əzin.

4. Ləyənə şəkər tozunun 1/4 hissəsini tökün və yaxşı qarışdırıb 30 dəqiqə saxlayın. Bunu bir neçə dəfə şəkər tozu qurtarana kimi təkrarlayın. Şəkər tozu mürəbbəyə hissə-hissə əlavə olunduqda daha tez və yaxşı əriyir.

5. Mürəbbəni ev temperaturunda bir neçə saat ərzində saxlayın ki, şəkər tozu tamam həll olunsun.

6. Bankaları yaxşı yuyun və buxarın üzərində sterilizasiya edin və ya soyuq sobaya qoyub temperaturunu 100 C qoyun ki, bankalar qurusun və sterilizasiya olunsun. Qapaqları 10 dəqiqə ərzində suda qaynadın.

7. Hazır mürəbbəni təmiz bankalara yığın və qapaqlarla kip bağlayın.

8. Mürəbbəni sərin yerdə saxlamaq lazımdır (yayda soyuducuda, daha soyuq mövsümlərdə açıq balkonda saxlamaq olar).

Nuş olsun!

Saglamolun.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Xoşbəxt evliliyin QIZIL QAYDALARI

Xoşbəxt evliliyin QIZIL QAYDALARI

Münasibətlər Hits:3727

Hər kəs ailə qurduqda xoşbəxt olmaq...

Toyuq filesi sobada. Tez və ləzzətli!

Toyuq filesi sobada. Tez və…

İsti yeməklər Hits:2922

Tərkib: - 1 kq toyuq filesi - 1/2...

Heyva mürəbbəsi

Heyva mürəbbəsi

Qışa tədarük Hits:2815

Lazım olanlar: - 1 kq heyva

Ağ tut mürəbbəsi

Ağ tut mürəbbəsi

Qışa tədarük Hits:15120

Tərkib: - 1 kq tut - 1 kq...

Kişini evə bağlamağın 15 TƏSİRLİ YOLU

Kişini evə bağlamağın 15 TƏSİRLİ…

Münasibətlər Hits:7008

Kişilər qadınlara nisbətən daha sərbəstdir. Onlar...

Dadlı və yumşaq biskvitin sirləri

Dadlı və yumşaq biskvitin sirləri

Şirniyyat Hits:86948

Biskvitin hazırlanması kifayət qədər mürəkkəb işdir.

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1111

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az