Qışa tədarük

Çox ləzzətli çiyələk mürəbbəsi

Ən dadlı mürəbbələrdən biri olan çiyələk mürəbbəsinin bişirilməsində bəzi incəliklər var.

Təqdim etdiyimiz reseptə uyğun bişirilən mürəbbə həm dadına, həm də xarici görünüşünə görə çox gözəl alınır.

Lazım olan məhsullar:

- Çiyələk - 1 kq

- Şəkər tozu - 1-1,2 kq (çiyələk şirindirsə - 1 kq, çox şirin deyilsə - 1,2 kq şəkər tozu götürülür).

Hazırlanması:

1. Çiyələyi bir-bir seçin (yetişib ötmüş, əzik, xarab meyvələr istifadə olunmur), yuyun və yalnız bundan sonra kasayarpaqları qopardın.

2. Çiyələyi minalanmış ləyənə tökün, daha iri meyvələri tən yarı bölün. Üzərinə şəkər tozu tökün və 4-6 saat ərzində saxlayın ki, çiyələk şirəsini buraxsın.

3. Daha sonra ləyəni odun üzərinə qoyun, qaynamağa başladıqda odu azaldın və mürəbbənin üzərinə çıxan köpüyü yığa-yığa 5 dəqiqə ərzində qaynadın və oddan götürün.

4. Mürəbbəni 10 saat ərzində saxlayın və sonra yenə 5 dəqiqə ərzində qaynadın və 10 saat soyudun. Mürəbbəni 3 dəfə hər dəfə 5 dəqiqə ərzində bişirmək lazımdır. Bunun nəticəsində meyvələr öz formasını saxlayacaq və dağılmayacaq.

5. 3-cü dəfə mürəbbəbi 5 dəqiqə ərzində bişirin və sonra oddan götürüb dərhal sterilizasiya olunmuş bankalara yığın və sterilizasiya olunmuş dəmir qapaqlarla bağlayın. Sonra ədyala bükün və soyana kimi saxlayın.

6. Hazır mürəbbəni sərin qaranlıq yerdə saxlamaq lazımdır.

Bu üsulla bişirilmiş çiyələk mürəbbəsində, demək olar, bütün faydalı maddələr saxlanılır.

Nuş olsun!

Saglamolun.Az


Загрузка...

.

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Toyuqla pirojki - SAMSA

Toyuqla pirojki - SAMSA

Qəlyanaltılar Hits:6542

Çox dadlı və kövrək pirojki alınır.

Əsl ərik cemi. RESEPT

Əsl ərik cemi. RESEPT

Qışa tədarük Hits:25742

Ərik cemi müxtəlif piroqların, peçenyelərin, ruletlərin...

Şokoladlı tort. Sadə resept

Şokoladlı tort. Sadə resept

Şirniyyat Hits:24675

Dadlı və ətirli tort.

Toyuq filesi və yaşıl noxudla SADƏ SALAT

Toyuq filesi və yaşıl noxudla…

Salatlar Hits:588

Məhsullar: - 300  qr toyuq filesi

Bəzi mətbəx incəlikləri

Bəzi mətbəx incəlikləri

Faydalı məsləhətlər Hits:4563

Dadlı yeməklər bişirmək asan iş deyil...

Albalı öz şirəsində

Albalı öz şirəsində

Qışa tədarük Hits:4659

Albalı ən faydalı meyvələrdən biridir. Albalını...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Həqiqi ətri saxta ətirdən ayırmağın SADƏ YOLLARI

Həqiqi ətri saxta ətirdən ayırmağın…

Faydalı məsləhətlər Hits:189

Bir çox ətir rəfləri əslində bənzədilmiş...

Tez hazırlanan KOKOSLU PİROQ

Tez hazırlanan KOKOSLU PİROQ

Şirniyyat Hits:256

Məhsullar: - 150 qr şəkər tozu

Özünə vaxt ayıra bilməyən xanımlara GÖZƏLLİK TÖVSİYƏLƏRI

Özünə vaxt ayıra bilməyən xanımlara…

Kosmetologiya Hits:280

“Özümə baxmağa vaxtım yoxdur”, - deyən...

Portağal və şokoladla SADƏ PİROQ

Portağal və şokoladla SADƏ PİROQ

Şirniyyat Hits:282

Məhsullar: - 2 yumurta

Bankanın qapağı açılmırsa, belə edin – ASAN ÜSUL

Bankanın qapağı açılmırsa, belə edin…

Faydalı məsləhətlər Hits:3349

Tomat, turşu, mürəbbə kimi bir çox...

Paltaryuyan maşınınız kirəclənib? - SİRKƏDƏN İSTİFADƏ EDİN

Paltaryuyan maşınınız kirəclənib? - SİRKƏDƏN…

Faydalı məsləhətlər Hits:306

Əsasən turşu hazırlayarkən çox istifadə etdiyimiz...

Yüngül və dadlı LEDİ SALATI

Yüngül və dadlı LEDİ SALATI

Salatlar Hits:850

Məhsullar: - 200 qr toyuq filesi

Üzdəki ləkələrdən qurtulmağın SADƏ TƏBİİ ÜSULLARI

Üzdəki ləkələrdən qurtulmağın SADƏ TƏBİİ…

Kosmetologiya Hits:824

Üzdə yaranan ləkələrdən yaxa qurtarmaq təxmin...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az