Qışa tez hazırlanan KƏLƏM TURŞUSU - RESEPT.

Ağ kələm 5Kq

Bolqar bibəri 1Kq

Yerkökü 1Kq

Soğan 500qr

Duz 4x.q


Şəkər 1 stəkan

Sirkə Esensiya 12 çay qaşığı

Günəbaxan yağı 0.5 l

 

Hazirlama Qaydası:

Qış üçün hazırlanması asan bir turşu salat. Göstərilən məhsul sayından 12 yarım litrlik bankası alınır.

 

  1. Kələmi doğrayın, bir qaba qoyun.

 

  1. Bibəri zolaqlara kəsin, kələmə əlavə edin.

 

  1. Yerkökü qaba rəndələyin və ya nazik zolaqlara doğrayın, qalan tərəvəzlərə əlavə edin.

 

  1. Soğanı yarım halqalara kəsin və qaba əlavə edin.

 

  1. Duz, şəkər, sirkə, yağ əlavə edin, əllərinizlə hər şeyi yaxşıca qarışdırın. Sərin yerdə 5 saat saxlayın.

 

  1. Təmiz bankalara yığın, neylon qapaqlar ilə bağlayın. Sərin yerdə saxlayın.

Nuş Olsun!

Evdarliq.Az



 

 

.