Ən Ləzzətli ACİKA RESEPTİ

Acikanın reseptləri çoxdur. Sizə bu reseptlərdən birini təqdim edirik. Çox dadlı acika alınır.

Acı bibərin miqdarını azalda bilərsiniz.

Tərkib:

- 3 kq qırmızı "ətli" pomidor

- 1,5 kq qırmızı bibər

- 200 qr sarımsaq

- 100 qr acı bibər

- 1 stəkan bitki yağı

- 2 x.q duz

- 1 x.q. şəkər tozu

Hazırlanması:

1. Tərəvəzləri təmizləyin, blenderdən keçirin.

2. Emallı qazana yığın, bitki yağı, duz, şəkər tozu əlavə edin, yaxşı qarışdırın. Vam odda 2 saat ərzində qaynadın.

3. Qaynar-qaynar sterilizə olunmuş bankalara doldurun, qapaqları bağlayın, ağzı aşağı olmaqla süfrənin üzərinə qoyun, ədyalla örtün, soyuyana qədər saxlayın.

Nuş olsun!

Evdarliq.Az



 

 

.