Ərzaqlar:
- 1 kq motmotu
- 1 kq şəkər tozu
- 1 stəkan su
Hazırlanması:
- Meyvələri təmizləyin, saplaqlarını kəsin, yaxşı yuyun, dəsmalın üzərində qurudun.
- Meyvələr quruyanda, hər birimi iynə ilə bir neçə yerdə deşin, üzərinə şəkər tozunun yarısını tökün, axşamdan səhərə qədər saxlayın.
- Səhər qalan şəkəri və suyu əlavə edin, orta odda qaynara düşənə qədər saxlayın, 5 dəqiqə qaynadın, oddan götürün.
- Mürəbbəni tam soyudun, yenə 5 dəqiqə qaynadın, kənara qoyun, yenə tam soyudun.
- Üçünçü dəfə mürəbbəbi 5 dəqiqə qaynadın və dərhal sterilizə olunmuş bankalara doldurub, qapaqları bağlayın, qapaqları aşağı olmaqla dəsmalın üzərinə qoyun. Bankaları ədyala bükün, soyuyanda sərin yerdə saxlayın.
Nuş olsun!
Evdarliq.az