Alma cemi limon və ədviyyatlarla. Çox dadlı!

Tərkib:

- 2 kq alma

- 1,2 kq (1 kq 200 qr) şəkər tozu

- 1 limonun şirəsi

- 1 çubuq darçın

- 3-4 mixək

Hazırlanması:

1. Almanı yuyun, təmizləyin, axşamdan şəkər tozunu və 1 limonun şirəsini tökük, səhərə qədər saxlayın.

2. Səhər odun üzərinə qoyun, orta odda hazır olana qədər bişirin. Vaxtaşırı cemi qarışdırın ki, yanmasın.

3. Hazır olana yaxın darçın və mixəyi əlavə edin.

4. Steril bankalara qoyun, steril qapaqlarla bağlayın.

Nuş olsun!

Evdarliq.az



 

 

.