Qışa bolqar bibəri. Çox asan və dadlı!

Tərkib:

- 5 kq bolqar bibəri

- yarım l tomat pasta

- 2 l su

- 100 qr duz

- 150 qr şəkər tozu

- 170 qr sirkə (9%)

- 1 stəkan bitki yağı

Hazırlanması:

1. Suda tomat, duz, şəkər tozu, sirkə, bitki yağını əlavə edin, qarışdırın, odun üzərinə qoyun.

2. Qaynamağa başlayanda qazana təmizlənmiş və 4 yerə bölünmüş bibərləri əlavə edin, 20 dəqiqə qaynadın, sterilizə olunmuş bankalara qoyun, qapaqları bağlayın.

Nuş olsun!

Evdarliq.az