Əncir mürəbbəsi. Sadə üsul

Tərkib:

- 1 kq əncir

- 1 kq şəkər tozu

- 1 stəkan su

Hazırlanması:

1. Ənciri yuyun, qıraqlarını kəsin.

2. Qazana ənciri tökün, üzərinə şəkər tozu və su tökün.

3. Orta odda qaynara çatdırın, köpüyü ehtiyatla yığın.

4. Qaynamağa başlayanda vam odda 40 dəqiqə ərzində bişirin, vaxtaşırı qarışdırın.  

5. Bankaları və qapaqları sterilizə edin, mürəbbəni doldurun, qapaqları bağlayın, soyuyana qədər ədyalla örtün.

Nuş olsun!

Evdarliq.az


.
.
Загрузка...