Marinada qoyulmuş kələm. 1 GÜNƏ HAZIR OLUR!

Tərkib:

- 2,5 kq kələm

- 3-4 kök

- 5-6 dəfnə yarpağı

Marinad:

- 1 l su

- 1/3 stəkan şəkər tozu

- yarım stəkan sirkə (9%)

- 1/3 stəkan bitki yağı

- 3 x.q. duz

Hazırlanması:

1. Kələmi nazik doğrayın.

2. Kökü yuyun, təmizləyin, sürtgəcin iri gözündən keçirin, kələmlə qarışdırın, dəfnə yarpaqlarını əlavə edin.

3. Marinad: qaynanmış isti suya duz,  şəkər tozu, sirkə, bitki yağı əlavə edin, qarışdırın.

4. İsti marinadı kələmin üzərinə tökün, üzərinə ağır bir şey qoyun, 1 gün ev temperaturunda saxlayın. 1 gündən sonra kələmi yemək olar.

5. Sonra bankalara yığın, soyuducuda saxlayın.  

Nuş olsun!

Evdarliq.az


.
.
Загрузка...