Qışa tədarük

Marinada qoyulmuş BOLQAR BİBƏRİ

Tərkib:

- 3 kq bolqar bibəri

- 1 l su

- 1 x.q. duz

- 1 x.q. şəkər tozu

- 1 stəkan bitki yağı

- 1 x.q. esensiya

- göyərti (zövqə görə)

- 2 baş sarımsaq

Hazırlanması:

1. Bibəri təmizləyin, 2 hissəyə bölün, göyərtini və sarımsağı xırda-xırda doğrayın.

2. Marinad hazırlayırıq: suyu qaynadın, duz, istiot, esensiya və bitki yağını əlavə edin, bir qədər qaynadın.

3. Bibəri hissə-hissə marinadda 5 dəqiqə ərzində qaynadın, bankalara lay-lay yığın: bibər, sarımsaqla göyərti, yenə bibər.

4. Bankalara marinad tökün, 15-20 dəqiqə ərzində sterilizə edin.              

Nuş olsun!

Evdarliq.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика