Qışa dadlı ASSORTİ SALAT

Tərkib:

- 1 kq badımcan

- 1 kq pomidor

- 1 baş sarımsaq

- 2 baş soğan

- 6 ədəd bolqar bibəri

- 1 ədəd acı bibər

- 1 dəstə cəfəri və ya kərəviz

- 1,5 stəkan bitki yağı

- 1,5 x.q. duz

- 2 x.q. şəkər tozu

- 2 x.q. sirkə (9%)

Hazırlanması:

1. Badımcan, pomidor, bibər, soğanı kub şəklində doğrayın. Sarımsağı və göyərtini xırda-xırda doğrayın.

2. Tərəvəzləri qalın dərin tavaya qoyun, duz, şəkər tozu, sirkə, bitki yağını əlavə edin, 1-1,5 saat ərzində vam odda bişirin.

3. Bankaları yaxşı yuyun, salatı isti halda bankalara doldurun, qapaqları bağlayın.

Nuş olsun!

Evdarliq.az



 

 

.