Tərkib:
- 1 kq göyəm üçün 1,3-1,4 kq şəkər tozu və 2 stəkan su (400 ml) götürülür.
Hazırlanması:
1. Göyəmi təmizləyin, yaxşı yuyun, diş çöpü ilə bir neçə yerdən deşin, enli minalı ləyənə yığın.
2. Su və şəkər tozundan sirop bişirin, göyəmin üzərinə tökün, 8-10 saat saxlayın.
3. Növbəti gün mürəbbəni oda qoyun, qaynara düşəndən sonra vam odda hazır olana qədər bişirin, steril bankalara yığın, qapaqları bağlayın.
Nuş olsun!
Evdarliq.az