Tərkib (3 l-lik balon üçün):
- orta ölçüdə dəymiş bərk pomidor (3 l-lik balona yerləşdiyi qədər)
- 1,5 l su
- 3 x.q. şəkər tozu
- 1 x.q. duz
- 1 ç.q. sirkə esensiyası
- 10 diş sarımsaq
Hazırlanması:
1. Pomidorları yaxşı yuyun, saplaq yerindən diş çöpü ilə deşin.
2. Sterilizə edilmiş balona sarımsaq və pomidorları yığın.
3. Üzərinə ehtiyatla qaynar su tökün, qapaqla örtün, 5 dəqiqə saxlayın.
4. Suyu qazana boşaldın, şəkər tozu, duz və esensiya əlavə edin, qaynara düşəndə balona tökün, dərhal qapaqları kip bağlayın, soyuyana qədər ədyala bükün.
Nuş olsun!
Evdarliq.az