Cənnət alması mürəbbəsi

Tərkib:

- 1 kq alma üçün 1 kq şəkər tozu və yarım stəkan su götürülür.

Hazırlanması:

1. Almaları seçin (xarab, əzilmiş, yumşaq olmamalıdır), yuyun.

2. Hər almanı qalın iynə ilə sıx-sıx deşin, ləyənə qoyun.

3. Sirop bişirin, almaların üzərinə qaynar halda tökün, otaq temperaturunda 1 gün saxlayın.

4. Növbəti gün mürəbbəni oda qoyun, qaynara düşəndə 5 dəqiqə vam odda qaynadın, yenə 1 gün saxlayın.

5. 3-cü gün mürəbbəni 10 dəqiqə əzrinə vam odda qaynadın, steril bankalara yığın, üzərinə ləyəndə olan siropu tökün, bankaları bağlayın, ədyala bükün, soyuyana qədər saxlayın. Mürəbbəni sonuncu dəfə qaynadanda ona 1 çubuq darçın əlavə edə bilərsiniz.  

Nuş olsun!

Evdarli.az