Badımcandan ÇOX DADLI İKRA. Qışa tədarük

Tərkib:

- 3 kq badımcan

- 2 kq pomidor

- yarım kq kök

- 6-7 baş soğan

- 1 baş sarımsaq (orta)

- 1 stəkan bitki yağı

- 2 x.q. sirkə (9%)

- duz, istiot (zövqə görə)

Hazırlanması:

1. Badımcanı sobada bişirin, qabığını soyun, ətini xırda doğrayın və ya blenderdə əzin.

2. Pomidorun qabıqlarını soyun, xırda doğrayın və ya blenderdə əzin.

3. Soğanı xırda doğrayın, kökü sürtgəcdən keçirin, bitki yağında tavada və ya divarları qalın olan qazanda qızardın.

4. Badımcanı və pomidoru əlavə edin, yaxşı qarışdırın, qalan bitki yağı, duz, istiotu əlavə edin, qarışdırın, qaynara düşəndən sonra 40-50 dəqiqə vam odda bişirin. Kütləni vaxtaşırı olaraq qarışdırın.

5. Hazır olana yaxın sıxılmış sarımsağı və sirkəni əlavə edin, qarışdırın.

6. İkranı sterilizə olunmuş bankalara qoyun, sterilizə olunmuş qapaqlarla bağlayın, soyuyana qədər ədyalla örtün.

Nuş olsun!

Evdarliq.az      



 

 

.