Qışa tədarük

Duza qoyulmuş QARPIZ

Tərkib:

- qarpız (1 l-lik bankaya yerləşdiyi qədər)

- 1 l-lik banka üçün 1 ç.q. duz, 1 ç.q. şəkər tozu, 1 ç.q. sirkə (9%).

Hazırlanması:

1. Qarpızı tikələrə doğrayın, qabıqlarını soyun, steril bankaya sıx yığın.

2. Bankaya qaynar su tökün, üzərinə qapaq qoyun, 1-2 dəqiqədən sonra suyu boşaldın.

3. Təkrar qaynar su tökün, bir az gözləyin, suyu qazana boşaldın. Suya duz, şəkər tozu və sirkə əlavə edin, qaynara düşəndə bankaya tökün, dərhal qapağı bağlayın.

4. Bankaları qapaqları aşağı olmaqla süfrənin üzərinə düzün, ədyala bükün, soyuyana qədər saxlayın.

Nuş olsun!

Evdarliq.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика