Tərkib:
- 1 kq qarpız qabıqları
- 1,2 kq şəkər tozu
- 3 stəkan su (sirop üçün)
- 1 limonun sedrası (sarı qabığı)
Hazırlanması:
- Qarpızın qabıqlarını yaxşı yuyun, yaşıl hissəsini nazik soyun (ancaq qabıqların ağ hissəsini saxlayın).
- Kub şəklində doğrayın, qazana yığın, üzərinə soyuq su tökün, 10 dəqiqə qaynadın, suyu süzün.
- Limonun sarı qabığını sürtgəclə soyun, qarpıza əlavə edin.
- Sirop hazırlayın. Suya şəkər tozu tökün, qaynara düşəndə hazır siropu qabıqların üzərinə tökün, tam soyuyana qədər saxlayın.
- Mürəbbəni oda qoyun, qaynara düşəndə 15 dəqiqə vam odda qaynadın, tam soyudun.
- Mürəbbəni yenə oda qoyun, 15 dəqiqə qaynadın, isti halda bankalara doldurun, qapaqları bağlayın.
Nuş olsun!
Evdarliq.az