Tərkib:
- 1 kq təmizlənmiş yemiş üçün 600-800 qr şəkər tozu götürülür (yemişin şirinliyindən asılıdır)
- 1 limonun sedrası (sarı qabığı)
Hazırlanması:
1. Yemişi təmizləyin, yarısını sürtgəcdən keçirin, yarısını kiçik kublar şəklində doğrayın.
2. Üzərinə şəkər tozu səpin, yarım saat - 1 saat saxlayın ki, yemişin şirəsi çıxsın.
3. Ləyəni oda qoyun, qaynara düşəndə vam odda 5 dəqiqə qaynadın, tam soyudun, yenə 5 dəqiqə qaynadın.
4. Hazır olana yaxın sürtgəcdən keçirilmiş limon qabığını əlavə edin.
5. İsti halda steril bankalara doldurun, steril dəmir qapaqlarla kip bağlayın.
Nuş olsun!
Evdarliq.az