Ərzaqlar:
- 1 kq mandarin
- 800 qr-1 kq şəkər tozu (mandarinlərin şirinliyindən asılıdır)
- 1 stəkan su.
Hazırlanması:
1. Mandarinləri yuyun, yaxşı təmizləyin (ağ qabıqları da yaxşı təmizlənməlidir), dilimlərə ayırın.
2. Mandarin sedrasını (sarı qabıq) sürtgəcin ən kiçik gözündən keçirin.
3. Meyvələri, sedranı qazana qoyun, üzərinə su tökün.
4. Orta odda 20-30 dəqiqə ərzində qaynadın.
5. Şəkər tozunu əlavə edin, yenə 15-20 dəqiqə qaynadın.
6. Mürəbbəni soyudun, blenderlə əzin. Mürəbbə hazırdır.
Nuş olsun!
Evdarliq.az