Qırmızı kələm şoraba-salatı

Tərkibi:

- 2 ağ kələm

- 1 l su

- 2 çuğundur

- 250 ml alma sirkəsi

- 2 çili istiotu

- 2 sarımsaq

- 150 ml günəbaxan yağı

- 2 x.q. duz

- 1 ç.q. şəkər tozu

Haz;rlanması:

Kələmin üzərindəki qaba yarpaqları götürün. Ortasını kəsib çıxarın. Kələmi ölçüsünə görə 6-8 hissəyə bölün.
Çuğunduru ortadan bölüb fal-fal doğrayın. Sarımsağı napnazik, istiotu halqa doğrayın. Ərzağı növbələyərək qazana yığın - kələm, çuğundur, sarımsaq, çili istiotu. Ən axırıncı lay çuğundur olmalıdır.
Suyu yağla qarışdırın, duz, şəkər tozu əlavə edin, qaynadın. Sirkə töküb soyudun. Bu marinadı tərəvəzin üzərinə tökün, üzərinə enli boşqab, onun da üzərinə 1-2 kq ağırlıqda yük qoyun. 2-3 gün otaq temperaturunda saxlayın. Sonra yükü götürüb kələmi bir sutka (boşqabı ağzından götürmədən) soyuducuda saxlayın. Vəssalam, bu müddətə kələm şorabası hazır olacaq.
Belə şorabanı soyuducuda 2 həftə saxlamaq olar.

Nuş olsun!

Milli.az



 

 

.