Qışa sarımsaqla badımcan salatı

Çox dadlı və ətirli salat alınır. Badımcanalar göbələk dadı verir.

İnqrediyentlər:

- 5 kq badımcan

- 300 qr sarımsaq

- 350 qr şüyüd

- 300 qr bitki yağı

- 3 l su

- 4 x.q. duz

- 250 qr sirkə (9%)

Hazırlanması:

1. Badımcanları tikələrə doğrayın.

2. Qazana su, duz və sirkə tökün, qaynamağa başlayanda suya hissə-hissə doğranmış badımcanları tökün, 3 dəqiqə qaynadın, süzgəcə yığın.

3. Şüyüdü və sarımsağı xırda doğrayın.

4. Badımcan, şüyüd, sarımsaq qarışdırılır, bitki yağı əlavə olunur, yenə qarışdırılır.  

5. Bankaları və qapaqları sterilizə edin, kütləni bankalara kip doldurun.

6. Bankaların üzərinə qapaqları qoyun, 15-20 dəqiqə ərzində qazanda sterilizə edin, dərhal qapaqları kip bağlayın.

7. Bankaları tam soyuyana qədər isti ədyala bükün.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...