1 kq böyürtkən üçün 1 kq şəkər tozu və 1 limonun sedrası (limonun sarı qabığı) götürülür.
Hazırlanması:
1. Böyürtkən təmizlənir, ehtiyatla yuyulur.
2. Limonun qabığını sürtgəcin köməyi ilə çıxardın. Yalnız sarı qabıqdan istifadə olunur.
3. Böyürtkəni enli ləyənə tökün, şəkər tozu səpin, 1 saat saxlayın ki, şirəsi şıxsın.
4. Ləyəni odun üzərinə qoyun, limon sedrasını əlavə edin, ehtiyatla qarışdıra-qarışdıra hazır olana qədər bişirilir.
5. Mürəbbənin hazır olub-olmadığını yoxlamaq üçün mürəbbənin 1 damcısını soyuq nəlbəkinin üzərinə tökün. Damcı yayılmırsa, mürəbbə hazırdır.
Nuş olsun!
Evdarliq.Az