Alma povidlosu çox dadlı alınır. Povidlonu buterbrodlar, piroqlar, şirin pirojkilər üçün istifadə edə bilərsiniz.
Tərkib:
1 kq alma üçün yarım kq şəkər tozu götürülür. Şəkər tozunun miqdarını zövqə görə azaltmaq və ya artırmaq olar
Hazırlanması:
1. Almanı yuyun, soyun, çəyirdəklərdən təmizləyin, kiçik tikələrə doğrayın.
2. Divarları qalın olan qazanda qarışdıra-qarışdıra yumşalana qədər bişirin.
3. Sonra kütləni soyudun, blenderlə əzin, üzərinə şəkər tozu tökün, qarışdırın, hazır olana qədər bişirin. Povidlo qatı alınmalıdır, qaşıqdan tökülməməlidir.
4. Povidlonu isti-isti bankalara doldurun, kip bağlayın, soyuyana qədər isti ədyala bükün.
Nuş olsun!
Evdarliq.Az