Qışa tədarük

Əncir povidlosunun hazırlanması

Qışda əncir povidlosu piroqların hazırlanması zamanı içlik kimi və həmçinin buterbrodlar hazırladıqda istifadə oluna bilər. Çox dadlı və ətirli povidlo alınır.

Tərkib:

- 1 kq əncir

- 600-700 qr şəkər tozu (əncirin şirinliyindən asılıdır)

- 1 limon

Hazırlanması:

1. Ənciri blenderdə əzin (və ya ətçəkən maşınından keçirin).

2. Limonun çəyirdəklərini çıxardın, blenderdə əzin.

3. Ənciri və limonu divarları qalın olan qazana boşaldın, üzərinə şəkər tozu tökün, yaxşı qarışdırın, vam odda qarışdıra-qarışdıra 40 dəqiqə ərzində qaynadın.

4. İsti halda sterilizə olunmuş bankalara doldurun, isti ədyalla örtün, soyuyana qədər saxlayın.

Nuş olsun!

Evdarliq.Az  


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика