Qışa tədarük

Qışa çox dadlı və asan TƏRƏVƏZ SALATI

Çox dadlı və asan hazırlanan salatdır. Bütün inqrediyentlər təzə olmalıdır, xarab, yumşaq tərəvəzlərdən istifadə etməyin. 7 l salat alınır.

Tərkib:

- 1 kq kələm

- 1 kq kök

- 1 kq xiyar

- 1 kq bolqar bibəri

- 1 kq baş soğan

- 3 kq pomidor

- 1 stəkan şəkər tozu

- 90 qr duz

- 250 qr bitki yağı

- 8-10 ədəd qara istiot  

- 5 ədəd dəfnə yarpağı

- 150 ml sirkə (9%)

Hazırlanması:

1. Böyük qazana lay-lay tərəvəzləri yığın: dairələr şəklində doğranmış kök, üzərinə doğranmış kələm, sonra yarım dairələr şəklində doğranmış soğan, yarım dairələr şəklində doğranmış bibər, dairələr şəklində doğranmış pomidor.

2. Qazanı odun üzərinə qoyun, qarışdırmayın.

3. Ayrı qabda yağ, sirkə, duz, şəkər tozu, ədviyyatları qarışdırın. Tərəvəzlər qaynamağa başlayanda,  qarışığı üzərinə tökün, yaxşı qarışdırın, 5 dəqiqə qaynadın.  

4. Hazır salatı sterilizə olunmuş bankalara doldurun, üzərinə sterilizə olunmuş qapaqları qoyun.

5. Bankaları qazana yığın, qazana su tökün (su bankaların ağzına 3-4 sm çatmamalıdır) və bankaları sterilizə edin. Yarım l-lik bankalar 5 dəqiqə, 1 l-lik bankalar 10 dəqiqə ərzində sterilizə olunur.

6. Bankaları kip bağlayın, soyuyana qədər isti ədyala bükün.

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика